AMEA Yüksək Texnologiyalar Parkı və Koreya Elm
və Texnologiya Siyasəti İnstitutu (STEPI) arasında həyata keçirilən “Azərbaycanda
Yüksək Texnologiyalar Parkının istismar proqramı: tətbiq və potensialın
artırılması” layihəsi çərçivəsində “Bilik laboratoriyası” formatında 4-cü onlayn
mühazirə keçirilmişdir. Seul Milli Elm və Texnologiya Universitetinin
professoru GyeongSoo (John)
Shim-in təqdimatında “Startap və inkubasiya siyasəti” mözusunda təqdim edilən
mühazirədə müştəri araşdırmasına əsaslanan texnologiya startapları və onun
metodları, laboratoriya əsaslı startap təhsili və onun nəticələri, əqli mülkiyyət
texnologiyaları haqqında geniş məlumat verilmişdir. Seul Milli Elm və
texnologiya Universitetinin
vitse-prezidenti olan Professor Şim Koreyanın
Hanyang Universitetində bakalavr və magistr, Koreya Universitetində Ph.D dərəcləri almış,
ABŞ-ın Corc Vaşinqton və Kolumbiya
universitetlərində innovasiya və kurslarını bitirmişdirvə və ionnovasiya və
sahibkarlıq üzrə 30 illik təcrübəyə malikdir.
Tədbir zamanı həmçinin Koreya Respublikasında həyata
keçirilən müxtəlif startap proqramları (Lean Startup, NSF I-Corps və s.), həmçinin
ABŞ təcrübəsi əsasında qlobal bazarda uğur qazanmış startapların nümunələri və
texnologiyaların kommersiyalaşdırılması yollarına dair dəyərli məlumatlar
verilmişdir. Onlayn mühazirədə Ali təhsil
müəssisləri, dövlət özəl sektorun bir çox maralı tərəfləri iştirak etmiş və
maraqlı müzakirələr aparılmışdır.